Poqba hələ də “rahatlıq” tapmayıb
16.08.2018 , 16:50

“Mançester Yunayted”in futbolçusu Pol Poqba “Barselona” arzusunda israrlıdır
“Qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyo Poqbanı komandanın kapitanı təyin edib. Buna baxmayaraq, tərəflər arasında hələ də “soyuq müharibə” davam edir. Buna görə də, Poqba avqustun sonuna qədər Kataloniya təmsilçisi ilə müqavilə imzalamaq istəyir.
Ancaq İngiltərə klubunun onu satmağı düşünmədiyi vurğulanıb.
