Poqba “Barselona”ya transfer edilə bilər
01.08.2018 , 21:35

“Barselona” “Mançester Yunayted”in futbolçusu Pol Poqbanı transfer etməyə çalışır
Fransalı yarımmüdafiəçi ilə həmyerlisi – “Barsa”nın texniki direktoru Erik Abidal danışıq aparır.
25 yaşlı futbolçunun da “Barselona”ya keçmək istədiyi bildirilir.
Qeyd edək ki, 2016-cı ildə 105 milyon avro qarşılığında “Yuventus”dan “Mançester Yunayted”ə keçən Pol Poqbanın klubu ilə 2021-ci ilədək müqaviləsi var.
