Poqba: “Barselona”nı səfərdə məğlub edəcəyik”
11.04.2019 , 19:15

“Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Pol Poqba Çempionlar Liqasında “Barselona” klubuna qarşı keçirdikləri oyunla bağlı danışıb.
Fransalı yarımmüdafiəçi səfərdən qalib ayrılacaqlarına inandığını bildirib.
“PSJ ilə ilk görüşdə də məğlub olmuşduq. Biz Barselona”nı səfərdə məğlub edə bilərik. Biz “Mançester Yunayted”ik və bunu bacaracağıq”.
Qeyd edək ki. görüş “Barselona” klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
