“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba karyerasını “Barselona”da davam etdirmək qərarını qəbul edib.
Korner.az-ın məlumatına görə, bu barədə Fransanın məşhur “L’Equipe” nəşri xəbər yayıb.
22 yaşlı futbolçu katalon klubuna gələn yay keçəcək. Transferin 1 il təxirə salınmasına səbəb UEFA-nın “Barselona”ya qoyduğu transfer qadağasıdı.
Poqba “Barsa”da Messidən sonra 2-ci yüksək məbləğ qazanan futbolçu olmaq niyyətindədi.
