Polşa U-21-nin sabiq üzvü Kamil Bilinski Azərbaycandan təklif alıb.
Koner.az-ın məlumatına görə, bu barədə 26 yaşlı hücumçu özü məlumat verib.
Kamil bildirib ki, qış fasiləsində ölkəmizdən təklif alıb. Lakin o, adını açıqlamadığı klubumuzun təklifindən imtina edərək, Buxarest “Dinamo”suna keçib: “Azərbaycan və Rusiya klublarından təkliflər almışdım. Bu klublar maliyyə baxımından çox sərfəli təkliflər irəli sürürdü. Amma mən pulu yox, idman prinsiplərini üstün tutdum. Bu üzdən də karyeramı Rumıniyada davam etdirməyə qərar verdim”.
Qeyd edək ki, Polşada “Slask”, “Qavin”, “Jniç”, “Qrrnik” və “Visla” klublarının formasını geyinmiş Bilinski 2012-2013-cü illərdə Litva “Jalgiris”ində top qovub.
