Polşada çempion müəyyənləşdi
13.07.2020 , 16:53
Polşa çempionatında 2019/20 mövsümünün qalibi məlum olub.
Korner.az xəbər verir ki, XXXV turda “Legiya” “Krakovia”nı məğlub edərək, sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.
“Legiya” son 5 ildə 4-cü dəfə Ekstraklasanın qalibi olub. Varşava təmsilçisi 14 qat Polşa çempionudu.