Polşa milli komandasının futbolçusu Arkadiuş Pix karyerasını Azərbaycanda davam etdirə bilər.
Korner.az məlumatına görə, 28 yaşlı hücumçunun təkliflər arasında klublarımıza keçmək variantı da var.
Bu barədə xəbəri Polşa mətbuatı yayıb.
Son 3 ili “Rux”da keçirən Pix hazırda Türkiyənin “Sivasspor” klubu ilə danışıqlar aparır.
Xatırladaq ki, Arkadiuş ölkəsinin əsas yığmasında 3 oyun keçirib.
