Tunis Panamaya, Belçika İngiltərəyə qalib gəldi
28.06.2018 , 22:00

Bu gün dünya çempionatında qrup mərhələsinə yekun vurulacaq.
Keçiriləcək dörd oyunla son iki 1/8 final cütü müəyyənləşəcək.
Əvvəlcə H qrupunda Yaponiya və Polşa milliləri üz-üzə gələcək. Robert Levandovskinin kapitanı olduğu Polşa millisinin pley-off şansı olmasa da, yaponlar qrup liderliyini qorumağa və 1/8 finala adlamağa çalışacaq. Mərhələni keçmək üçün Asiya təmsilçisinə bir xal da kifayət edir.
Qrupun digər görüşündə isə Seneqal və Kolumbiya milliləri qarşılaşacaq. Afrikalılar 4 xalla qrupda 2-ci, cənubi amerikalılar isə 3 xalla 3-cüdür. Seneqala bu oyunda qrupdan çıxmaq üçün heç-heçə də sərf edirsə, Kolumbiya mütləq qalib gəlməlidir.
G qrupunda isə artıq 1/8 finala vəsiqəni təmin etmiş İngiltərə və Belçika milliləri qrup liderliyi uğrunda mübarizə aparaq.
Digər oyunda isə Tunis və Panama yığmaları turnirdə ilk xalını qazanmağa çalışacaq.
DÇ-2018
28 iyun
III tur
G qrupu
22:00. İngiltərə – Belçika – 0:1
Baş hakim: Damir Skomina (Sloveniya)
Kalininqrad, “Kalininqrad” stadionu
22:00. Panama – Tunis – 1:2
Hakimlər: Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb Əl Marri (Qətər), ), Mehdi Abid Şərif (Əlcəzair)
Saransk, “Mordoviya Arena”
H qrupu
18:00. Yaponiya – Polşa – 0:1 (İkinci hissə)
Qol: Bednarek, 60
Baş hakim: Canni Sikazu (Zambiya)
Volqoqrad, “Volqoqrad Arena”
18:00. Seneqal – Kolumbiya – 0:1 (İkinci hissə)
Baş hakim: Milorad Majiç (Serbiya)
Samara, “Samara Arena
