Moskva şəhərində təşkil olunmuş dünya çempionatının seçmə mərhələsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün Polşa yığması ilə qarşılaşıb.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma 6:5 hesabı ilə polşalı futbolçuların xeyrinə yekunlaşıb.
Millimizin heyətində Elhad Əhmədov dubl edib. Hərəyə 1 dəfə isə Emin Kürdov, Zeynal Zeynalov və Əbdül Əliyev fərqlənib.
Qeyd edək ki, milli komandamız daha öncə Belarus və İsveçrə yığmalarına da uduzmuşdu.
