Polşa klubu ilə müqavilə imzalayacaq
31.07.2024 , 20:37

“Beşiktaş”ın heyətində yer almayan Ajdin Hasiçin yeni klubu bəlli olub.
Korner.az xəbər verir ki, futbolçu Polşanın “KS Cracovia” klubu ilə 3 illik anlaşıb.
Türkiyə mətbuatı yazır ki, Hasiç həkim müayinəsindən keçmək və rəsmi müqavilə imzalamaq üçün cümə axşamı Polşaya gedəcək.
Cəmi 13 dəfə “Beşiktaş”da çıxış edən Hasiç 2 qolla yadda qallb.
