Polşa – Azərbaycan oyununun hakimləri açıqlandı
16.02.2023 , 15:49
.jpg)
Futzal üzrə DÇ-2024-ün əsas mərhələsində keçiriləcək Polşa – Azərbaycan oyununun hakimləri müəyyənləşib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Estoniya və Latviyadan olan hakimlər idarə edəcək: Yaqnar Yakobson (Estoniya) 1-ci, İnqus Purins (Latviya) 2-ci, Qriqori Oşomkov (Estoniya) 3-cü hakim kimi iş başında olacaq.
Qeyd edək ki, sözügedən görüş martın 7-də, Bakı vaxtı ilə saat 23:00-da, Koszalin idman zalında keçiriləcək.
