Hazırda davam edən “Qarabağ” – “Neftçi” matçında xoşagəlməz hal yaşanıb.
Korner.az Qol.Az-a istinadən xəbər verir ki, görüşün 54-cü dəqiqəsində “Neftçi”nin bir qrup azarkeşi protexniki vasitələrdən istifadə edib.
Baş verənlərə müdaxilə edən polislər qonaq komandanın 100-dən artıq azarkeşini stadiondan çıxarıb. “Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov hadisə yerinə gedərək polislərlə danışıq aparıb.
