“Mançester Yunayted” və İngiltərə yığmasının əfsanəvi futbolçusu Pol Skoulz “Barselona”nın “Valensiya ilə oyunundan və Messinin matçdakı performansından danışıb.
Korner.az-ın məlumatına görə, o “Barsanın artıq əvvəlki kimi sürətli oynamadığını bildirib.
“Bu “Barselona” deyil, sanki onun kölgəsidir. Komandanın əvvəlki tempi yoxdur. Messiyə gəlincə, qazandığı uğurlar onu digərlərindən çox fərqləndirir. Ancaq indi hiss edirəm ki, o da bezib və sanki darıxır.
Əvvəl komanda topu itirəndə Messi geri qayıtmazdı. Lakin indi o da çox hərəkətli deyil. Luis Enrike kimi gənc məşqçi üçün Messi və digər ulduzların oyununda dəyişiklik etmək çətin olacaq. “Barcelona” istədiyi hər şeyi qazanıb, dünyanı fəth edib
