İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Pol Skouls İspaniya mediasına müsahibə verib.
Korner.az-ın məlumatına görə, futbolçu İngiltərə millisinə Qvardiolanın baş məşqçilik etməsini istəyir:
“Ümid edirəm, bir gün Pep Qvardiola İngiltərə millisinə baş məşqçilik edər. Premyer Liqada çempion ola bilər, lakin “Mançester Siti” müdafiədə daha yaxşı oynamalıdı”.
Sabiq yarımmüdafiəçi: “Mançester əhalisi hər həftə dünyanın ən yaxşı iki məşqçisini izləməklə zövq ala bilir. Mourinyo mövsümün əvvəli yaxçı deyildi, lakin Mourinyo həmişə qazanmaq istəyən bir baş məşqçidi”.
Pol Skouls Ferqusonun gedişindən sonra komandadakı vəziyyət haqda: “Ferquson komandadan ayrıldıqdan sonra problemlər var. Luis Van Qal baş məşqçidi, lakin oyunçular onun dediklərini tətbiq edə bilmədilər”.
Ronaldo haqda: “Kriştiano “Mançester Yunayted”də olanda gənc və arıq futbolçu idi. İndi “Real”da (Madid) 9 nömrədən daha artıqdı. Ounla oynadığım üçün və hər həftə onu izləyə bildiyim üçün xoşbəxtəm”.
David Bekhem haqda futbolçu bunları deyib: “Bekhemı başa düşürəm. “Real”da (Maddrid) Ronaldo, Zidan və Fiqo ilə oynamaq şansı olub”.
İbrahimoviç və Poqba barədə: “Zlatan yaşına rəğmən çox fərqli oyunçudu. Hər oyunda oynaya, dava edə və qol ata bilər. Poqbanın istedadlarını bilirdik. Məncə, yaxşı mövsüm keçirir. Yarımmüdafiədə fərqli oyunçularla oynadı. Təzyiqlərə məruz qaldı. Lakin o, “Mançester Yunayted” üçün möhtəşəm oyunçudu”.
