Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Korner.az-ın məlumatına görə, Podolski Yaponiyanın “Vissel Kobe” klubuna keçərsə, “Cim Bom” onun yerinə alacaqları futbolçunu müəyyənləşdirib.
Türkiyə təmsilçisinin alman futbolçunun yerinə “Hoffenhaym”da oynayan Eduardo Varqası transfer etmək istəyir.
Qeyd edək ki, futbolçu komandanın heyətinə düşməkdə çətinlik çəkir və klubdan ayrılmaq istəyir.
