“Qalatasaray”ın almaniyalı futbolçusu Lukas Podolski təqdirəlayiq addım atıb.
Korner.az-ın məlumatına görə, təcrübəli hücumçu rəsmi “Tvitter” hesabından PKK terorçularına qarşı mübarizədə şəhid olan türkiyəli əsgərlərlə bağlı paylaşım edib.
Ulduz futbolçu Türkiyə bayrağının qarşısında əskər salamı verərkən çəkdirdiyi şəkli paylaşıb. 30 yaşlı forvard həmin fotonun altına “Ürəyim sizinlədi, bayraq uğrunda torpağa düşən ulu əsgər. Türk millətinin başı sağolsun” yazıb.
