“İnter”in hücumçusu Lukas Podolski “Arsenal”ın baş məşqçisi Arsen Venqerə incik olduğunu açıq aşkar bildirib.
Korner.az-ın məlumatına görə, “Poldi” fransız mütəxəssisin adi təşəkkür belə etməməsindən gileylidi. “Daily Star”ın yazdığına görə, alman futbolçu:
“Arsen Venqer mənə son olaraq heç nə demədi. Mənə gül, ya da öpücük lazım deyildi. Adi təşəkkür bəs edərdi. Klub üçün etdiklərimin əvəzində alacağmı aldım”, – sözlərini səsələndirib.
