“Qalatasaray”ın transfer hədəfində olan Almaniya millisinin və “Arsenal”ın ulduz futbolçusu Lukas Podolski maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, 30 yaşlı futbolçu İstanbul təmsilçisində oynamaq istədiyini dilə gətirib.
Antalya şəhərində tətil edən polşa əsilli futbolçu “Galatasaray TV”yə bunları deyib:
“Qalatasaray”da oynamağı çox istərdim. Komandanın çox yaxşı azarkeşləri var. Sosial şəbəkələrdən mənə maraq göstərirlər. “Qalatasaray”la transfer görüşmələrim davam edir. Ümüd edirəm ki, bu transfer olacaq”.
