Poçettino rəsmən PSJ-də
02.01.2021 , 20:51

PSJ-nin yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, Paris təmsilçisini bundan sonra Maurisio Poçettino çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 48 yaşlı mütəxəssislə 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Poçettino bu postda istefaya göndərilən Tomas Tuxeli əvəzləyib.
