Poçettino: “Messi varsa, çempion…”
30.04.2019 , 19:32

“Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettino komandaların Çempionlar Liqasındakı çempionluq şanslarını dəyərləndirib.
Messi olan komandanı daha çox favorit hesab edən argentinalı çalışdırıcı daha sonra bunları deyib:
“Messi orada olmasaydı, hər komandanın 25 faiz şansı olardı. Ancaq Messi dünyanın ən yaxşısıdır və “Barselona”da oynayır.”
Qeyd edək ki, Çempionlar Liqasında bu gün və sabah yarımfinalın ilk görüşləri keçiriləcək.
