Poçettino: “Keyn 100 faiz hazır olmalıdır”
24.05.2019 , 10:35

“Tottenham”in baş məşqçisi Maurisio Poçettino klubun hücumçusu Hari Keyn ilə bağlı danışıb.
Argentinalı mütəxəssis ingiltərəli futbolçunun oyun gününə qədər tam hazır olacağına inandığını deyib.
“Hari Keyn bizim üçün vacib oyunçudur. Onunla bağlı təəssüratlarım yüksəkdir. Ancaq tam hazır olana qədər gözləməliyik. İnanıram ki, finala qədər özünü yaxşı hiss edəcək.”
Qeyd edək ki, “Liverpul” və “Tottenhem” finalı 1 iyun tarixində İspaniyada “Vanda Metropolitan” stadionunda keçiriləcək.
