Çempionlar liqası

Poçettino: “Karyeramın ən vacib görüşünə çıxacam”

09.04.2019 , 11:00

“Tottenhem” klubunun çalışdırıcısı Mauritsio Poçettino Çempionlar Liqasında “Mançester Siti” ilə keçiriləcək görüşlə bağlı danışıb.

Argentinalı baş məşqçisi bütün kuboklar üçün mübarizə aparan rəqibə qarşı oynayacaqlarını diqqətə çatdırıb.

“Mançester Siti” son zamanlar bütün titulları qazanmaq üçün çox yaxşı şəkildə hazırlanmış kluba çevrilib. Karyeramın ən çətin görüşlərindən birini keçirəcəm.

Qeyd edək ki, “Tottenhem” – “Mançester Siti” görüşü bu axşam Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son yazılar

Yuxarı