Poçettino: “Bu klubla fəxr edirəm”
01.04.2019 , 11:16

İngiltərə Premyer Liqasının 32-ci turunda səfərdə “Liverpul”a uduzan “Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettino oyunla bağlı fikirlərini bildirib.
Komandası ilə fəxr etdiyini deyən argentinalı mütəxəssis ikinci yarı daha yaxşı oyun göstərdiklərini qeyd edib.
“Hesabın belə olması bizim üçün xəyal qırıqlığı yaradır. İkinci hissə rəqibdən daha yaxşı çıxış etdik. Komandamı sevirəm və fəxr edirəm.”
Qeyd edək ki, Poçettinonun yetirmələri 90-cı dəqiqədə buraxılan qol ilə “Liverpul”a 1:2 hesabı ilə məğlub olublar.
