Pobeqa “Bolonya”da qalacaq
19.02.2026 , 22:30
“Bolonya” “Milan”dan icarəyə götürdüyü Tommaso Pobeqanı daimi olaraq heyətinə qatıb.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisi italiyalı yarımmüdafiəçinin transfer hüquqlarını əldə edib.
Klubun yaydığı açıqlamada, 26 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər müqavilənin imzalandığı diqqətə çatdırılıb.
“Bolonya” “Milan”a Pobeqa üçün 7 milyon avro ödəyəcək və
Qeyd edək ki, Pobeqa 2024-cü ilin yayında “Bolonya”ya icarə əsasında keçmişdi. İtaliya millisinin üzvü bu mövsüm komandası ilə 25 rəsmi oyunda iştirak edərək 3 qol vurub və 2 məhsuldar ötürmə edib.