Pley-off matçı Elçin Məsiyevə tapşırıldı
27.05.2025 , 12:30

Azərbaycan 1-ci liqasına vəsiqə uğrunda “Difai” və “Haypers Quba” arasında keçiriləcək pley-off matçına hakim təynatları açıqlanıb.
Korner.az xəbər verir ki, görüş FİFA referisi Elçin Məsiyevə tapşırılıb.
28 may (çərşənbə)
16:00. “Difai” – “Haypers Quba”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
“ASCO Arena”
