“Milan”ın direktoru Umberto Qandini FİFA prezidentliyinə seçkilərdə Mişel Platininin kimə dəstək verəcəyini açıqlayıb.
Korner.az-ın məlumatına görə, Qandini özünün tvitter səhifəsində UEFA başqanının seçkilərdə İordaniya şahzadəsi Əli ibn əl-Hüseyni dəstəkləyəcəyini yazıb.
Əl-Hüseyni FİFA-nın vitse-prezidentidir. O, həmçinin İordaniya və Qərbi Asiya futbol federasiyalarına rəhbərlik edir.
Qeyd edək ki, Platini ilə hazırkı FİFA prezidenti Yozef Blatter arasında uzun müddətdir gizli intriqa mövcuddur.
