İspaniyanın məşhur klubu "Real Madrid" UEFA prezidenti Mişel Platinini sərt tənqid edib.
Korner.az–ın məlumatına görəbuna səbəb Platinin bu yaxınlarda səsləndirdiyi "Qızıl topu alman futbolçu qazanmalıdır" açıqlaması olub.
Klubdan verilən rəsmi açıqlamada UEFA prezidentinin tutduğu vəzifəyə görə obyektivliyini qorumalı olduğunun vacibliyi öz əksini tapıb. Bundan başqa seçkilər zamanı namizədlərin kollektivdən çox şəxsi nəticələrinin daha böyük önəm daşıdığı, bu mənada isə mükafatın ötən mövsümü yüksək səviyyədə keçirmiş Kriştiano Ronaldodan başqasına verilməsinin ədalətsizlik ola biləcəyi qeyd olunub.
