UEFA prezidenti Mişel Platini Avropa Super Liqası proyekti haqqında iddialı açıqlama verib.
Korner.az-ın məlumatına görə, Avropanın 1 nömrəli futbol qurumun rəhbəri İspaniyanın “As” nəşrinə verdiyi açıqlamada Avropa Super Liqasının alınma ehtimalının olmadığını bildirib. Həmin proyektin ölkə çempionatlarına böyük zərbə vuracağını bildirib:
“Avropa Super Liqası proyektinin nə indi, nə də gələcəkdə olması ehtimalı yoxdur. Bu baş verərsə, “Barselona” və “Real Madrid” İspaniyada yaxşı aparmaz. Əlbəttəki bu bütün ölkələrin güclü klublarına da aiddir. Yaxşı İspaniyadakı digər klublara nə olacaq. İspaniya La Liqası böyük ehtimalla məhv olacaq. Bu bütün ölkə çempionatlarına aiddir. Bütün Federasiyalar bu layihəni dəstəkləmir.”
