UEFA prezidenti Mişel Platini DÇ-2014-ün pley-off mərhələsində Ukraynaya 0:2 hesabıyla uduzan Fransa millisindən danışıb.
Korner.az-ın məlumatına görə, o, revanş almaq üçün məsuliyyətin baş məşqçinin deyil, futbolçuların üzərində olduğunu deyib.
“Mən həmişə Fransa millisinin baş məşqçilərini dəstəkləmişəm. Ancaq baş məşqçinin rolunu ifrat həddə də qəbul etmirəm. Fransa qalib gəlsə də, uduzsa da, məsuliyyəti Deşam daşımayacaq. Çünki oyunun gedişatını dəyişən baş məşqçi deyil, futbolçulardı”, – deyə o bildirib.
