UEFA prezidenti Mişel Platininin 2020-ci il Avropa çempionatının final mərhələsinin oyunlarının keçirilməsini istədiyi 12 şəhər bəlli olub. Korner.az-ın məlumatına görə, siyahıda çempionata iddia ərizəsi verən ölkələrdən heç birinin şəhəri yer almayıb.
İndiyədək iddia ərizəsi ilə UEFA-ya yalnız Türkiyə müraciət edib. Azərbaycan və Gürcüstan niyyət protokolu imzalayıb. İrlandiya, Şotlandiya və Uels də namizədliyini vermək niyyətindədir. Lakin Platini çempionat oyunlarının Münhen, Berlin (hər ikisi Almaniya), London, Mançester (hər ikisi İngiltərə), Roma, Milan (hər ikisi İtaliya), Madrid, Barselona (İspaniya), Paris (Fransa), Moskva (Rusiya), Varşava (Polşa), Stokholm (İsveç) şəhərlərində təşkilini istəyir.
