"Qalatasaray"ın prezidenti Ünal Aysalın bir neçə gün bundan öncə komandanın gələcək planları haqda keçirdiy toplantıda maraqlı hadisə yaşanıb.
Korner.az-ın məlumatına görə, "Cim-Bom"un rəhbəri klubun gələcək planları haqqında danışarkən bu zaman toplantı masasının yanında bir pişik peyda olub. Ac olan heyvan Ünal Aysalın əyləşdiyi masanın ətrafında dövrə vuraraq sonda öz "mükafat"ını alıb. Belə ki, toplantıda iştirak edənlərdən biri ət parçasını pişikə atmaqla onu iclasdan uzaqlaşdırmış olub.
