“Yuventus”un futbolçusu Andrea Pirlo yeni mövsümdən karyerasını Qətərdə davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, 35 yaşlı futbolçu ilə Qətərin “Əl Cəiş” və ya “Əl Sədd” klubları yaxından maraqlanır.
Pirlonun “Yuventus”la müqaviləsi 2016-cı ilin yayında başa çatacaq. İtaliya millisinin üzvünün mövsümün sonunda hansı qərarı verəcəyi maraqla gözlənilir.
