“Yuventus”un yarımmüdafiəçisi Andrea Pirlo klubla müqaviləni artırmağa yaxındır.
Korner.az-ın məlumatına görə, La Gazzetta dello Sportun yaydığı xəbərə əsasən yeni müqavilə 2016-cı ilə qədər nəzərdə tutulub.
Yeni müqaviləyə əsasən yarımmüdafiəçinin məvacibi 3,5 milyon avro olacaq. Xatırladaq ki, bir müddət əvvəl Pirlonun Tyaqo Motta ilə əvəz ediləcəyi xəbərləri dolaşırdı.
