Pirlonun yeni iş yeri məlumdu
24.07.2018 , 11:52

İtaliya millisinin sabiq üzvü Andrea Pirlo özünə yeni iş yeri tapıb. Veteran futbolçu bundan sonra ekspert kimi fəaliyyət göstərəcək. O, “Sky Sports” telekanalı ilə anlaşıb.
Pirlo İtaliya A seriyasının oyunlarını təhlil edəcək. Andreanın işləyəcəyi qrupda Canluko Vialli, Fabio Kapello, Alessandro del Pyero, Esteban Kambyasso da var.
Pirlo karyerasını 2017-ci ildə bitirib. Onun sonuncu klubu New-York City olub. DÇ-2006-da çempion olan Andrea 6 dəfə skudettonu qazanıb, 2 dəfə də Çempionlar Liqasında qalib gəlib.
