Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “Borussiya”ya 2:1 hesabı ilə qalib gələn “Yuventus” ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, komandanın aparıcı futbolçusu Andrea Pirlo Dortmund təmsilçisi ilə görüşdə zədələnib.
Oyunu davam etdirə bilməyən təcrübəli futbolçu matçın 37-ci dəqiqəsində əvəzlənib. Pirlonun ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə 22 oyun keçirən Pirlo 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
