AVRO-2012-nin 1/4 finalında penaltilər seriyasında İngiltərə millisinə 2:4 hesabı ilə qalib gələn İtaliyanın yarımmüdafiəçisi Andreya Pirlo mətbuata maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, 11 metrlik cərimə zərbələrində Pirlo gözəl vuruş ilə yadda qalmışdı. Həmin qol ilə bağlı danışan Pirlo bunları deyib:
"Co Hart qəribə-qəribə hərəkətlər edirdi. Məhz buna görə məndə topa qəribə şəkildə vurdum. Və alındı. Mənim vurduğum zərbə ingilisləri, bir az çaş-baş saldı. Ona görə də Eşli Yang penaltidən yararlana bilmədi. Ümumiyyətlə onlar matç boyunca bir çox şansı boşa verdilər".
