"Sumqayıt" klubunun əvəzedici komandası çempionatın ikinci mərhələsi üçün hazırlığını davam etdirir. Vaqif Paşayevin komandası növbəti yoxlama oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Xəzər Lənkəran"ın əvəzediciləri ilə qarşılaşan komanda 1:0 hesabı ilə qələbə qazanıb. "Sumqayıt"ın yeganə qolu Süleyman Piriyev vurub.