Pique: “Zlatan qədər pul sevən yoxdur”
29.03.2019 , 15:00

İspaniyada yayımlanan verilişlərdən birinə qatılan “Barselona” klubunun müdafiəçisi Jerar Pike bir çox vacib açıqlamalar verib.
Pike müsahibəsi zamanı Zlatan İbrahimoviçin pulu hamıdan çox sevdiyini deyib.
“Dünyada Zlatan qədər pul sevən ikinci bir şəxs yoxdur. Bir dəfə söhbət zamanı pulun vacib olmadığını dedi. Daha sonra isə pulun vacib olmasından danışdı. Əlbəttə, bu bir növ paradoks haldır.”
Qeyd edək ki. Zlatan İbrahimoviç 2009-2011-ci il mövsümündə “Barselona” klubunun formasını geyinib.
