Pikford: “Əmin idim ki, penalti seriyasında qalib gələcəyik”
04.07.2018 , 11:58
İngiltərə millsininin və “Everton”un qapıçısı Cordan Pikford Kolumbiya ilə (1:1) matç haqda danışıb. Penalti seriyasında qələbə qazanaraq növbəti mərhələyə yüksələn ingilislərin qapıçısı qələbəyə əmin olduğunu deyib:
“Əmin idim ki, penalti seriyasında qalib gələcəyik. Buna görə də həyəcanlı deyildim. Biz bir-birimizə inanırıq. Kolumbiya yığmasının oyun tərzini araşdırmışdıq. Penalti seriyasına da hazır idik.
İndi əsas məsələ İsveçlə oyundu. Düşünürəm ki, həmin matça da hazır olacağıq”