Pike: “Suaresi əvəz edə bilərəm”
14.03.2019 , 11:39

Çempionlar Liqasının 1/8 final mərhələsində “Lion”u 5-1 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdıran “Barselona” klubunun müdafiəçisi Jerar Pike oyunla bağlı fikirlərini bölüşüb
Oyunda vurulan 4-cü qolun müəllifi olan Pike Luis Suarezin əvəzinə oynamaq istədiyini, lakin ona baş məşqçi tərəfindən icazə verilmədiyini deyib.
“Luis Suares yorğun olduğu üçün irəli getmək istəyirdim. Lakin baş məşqçimiz Ernesto Valverde mənə icazə vermədi. Mənə hələ də güvənmir.”
Qeyd edək ki, “Lion” ilə görüşdə fərqlənən Jerar Pike ölkə çempionatının son turunda “Rayo Valeykano” klubun qapısına da yol tapmışdı.
