Dünya Futbolu

Pike: “Liverpul” məğlubiyyəti bizə böyük zərbə oldu”

26.05.2019 , 10:32

İspaniya kubokunun finalında “Valensiya” klubuna məğlub olan “Barselona”nın müdafiəçisi Jerar Pike jurnalistlərin suallarını cavablandırıb.

“Anfild” stadionundakı məğlubiyyəti unutmadıqlarını dilə gətirən ispaniyalı müdafiəçi psixoloji olaraq böyük zərbə aldıqlarını deyib. 32 yaşlı müdafiəçi Ernesto Valverdenin klubdakı taleyinin onlar asılı olmadığını vurğulayıb.

“Əgər “Liverpul” ilə görüşdə məğlub olmasaydıq, mövsümü 3 titul ilə başa vura bilərdik. Çempionlar Liqasını da qaana bilərdik. Psixoloji olaraq hazır olmadığımız üçün “Valensiya”ya  məğlub olduq. Ernesto Valverde haqqında çox suallar verirsiniz. Mən buna eyni cavabı verməkdən bezmişəm.”

Qeyd edək ki, “Barselona” mövsümü iki kubokla bitirib.

Son yazılar

Yuxarı