Pike İspaniyada klub alır
13.12.2018 , 16:06

Daha öncə futbol klubu almaq istədiyini “Barselona”nın ispaniyalı müdafiəçisi Jerar Pike bu istəyini reallışdırmağa yaxındır.
31 yaşlı futbolçu İspaniya beşinci liqasında çıxış edən “Andorra” klubunu almaq üzrədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.
Qeyd edək ki, “Andorra” 1980-1998-ci illərdə İspaniyanın üçüncü liqasında mübarizə aparıb.
