Pike ispan mediasını tənqid etdi
28.02.2019 , 18:36

“Barselona” klubunun müdafiəçisi Jerar Pike İspaniya mediasına söz atıb.
32 yaşlı katalon müdafiəçi ötən gün İspaniya kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən “Real Madrid” – “Barselona” görüşündən sonra səs-küyə səbəb olacaq açıqlama verib.
“İspan mediası haqsız yerə tutulan siyasi məhbuslardan yazsın. “VAR” qərarlarından daha çox onları müzakirə etmək yaxşı olar”.
Qeyd edək ki, görüş “Barselona” klubunun 3-0 hesablı qələbəsi ilə başa çatıb.
