“Real”ın müdafiəçisi Serxio Ramos “Barselona”nın futbolçusu Jerar Pikenin son günlərdə sosial şəbəkədə “Real”la bağlı etdiyi paylaşımlar haqqında fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, təcrübəli müdafiəçi İspaniya millisindəki komanda yoldaşı ilə bağlı bunları söyləyib:
“Biz Raul, Kasilyas və Puyol kimi dahilərdən nümunə götürməliyik və hər kəsə hörmətlə yanaşmalıyıq.
İndi Pike haqda danışmaq üçün yaxşı zaman deyil. O, mənim komanda yoldaşlarıma hörmətlə yanaşmalıdı. Hörmətsizlik pis atmosfer yaradır.
Pike heç olmasa “Real”a bir az hörmət etməlidi. Buna baxmayaraq mənim ona böyük rəğbətim var. Çünki o mənim millidə komanda yoldaşımdı”.
“Real”ın cəzalı Denis Çerışevi oynatdığına görə Kral Kubokundan uzaqlaşdırılmasına Pike “twitter”də gülərək reaksiya vermişdi.
