Pike: “Biz PSJ faciəsini unutmamışıq”
11.04.2019 , 17:47

“Barselona” klubunun müdafiəçisi Jerar Pike Çempionlar Liqasında “Mançester Yunayted” klubuna qarşı keçirdikləri oyunla bağlı danışıb.
İspaniyalı futbolçu səfər qələbəsinə baxmayaraq cavab görüşü üçün ehtiyatlı danışıb.
“PSJ ilə görüşdən sonra “Mançester Yunayted”in asanlıqla təslim olmadığını görmək olar. Biz cavab görüşünə çox diqqətli yanaşmalıyıq. Böyük klublar geri dönüş edə biləcək vəziyyətdir.”
Qeyd edək ki. görüş “Barselona” klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
