Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində keçirilməli olan "İnter" – "Neftçi" matçının vaxtı dəyişdirilib.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, "İnter"in stadionunda U-17 qızlar arasında dünya çempionatının oyunlarının keçirilməsini, klubun PFL-ə müraciətini və "Neftçi" klubunun razılıq məktubu nəzərə alınaraq "İnter" – "Neftçi" matçı 28 sentyabr 2012-ci il tarixindən 25 dekabr 2012-ci il tarixinə keçirilib.
