"Xəzər Lənkəran"ın yeni transferi Luçano Esteban Olquin sabah "Qəbələ"ylə oyunda "ağ-yaşıllar"ın heyətində debüt edə bilər.
Korner.az-ın məlumatına görə, argentinalı hücumçunun transfer vərəqi gec gəldiyindən onun çempionat oyunlarına sifariş olunması problem olmuşdu.
Artıq sözügedən məsələ həllini tapıb və 30 yaşlı forvard Bakes şans verəcəyi hal da, sabah "Xəzər Lənkəran" forması altında ilk matçına çıxacaq.