Noyabrın 8-də Topaz Premyer Liqasının sentyabr və oktyabr aylarının ən yaxşı oyunçuları, ötən iki ayın ən gözəl qollarının müəllifləri, həmçinin son üç ayın ən yaxşı futbolçusunun adını düzgün tapan KİV nümayəndəsi Peşəkar Futbol Liqası və Topaz tərəfindən mükafatlandırılacaq.
Korner.az-ın məlumatına görə, “Fairmont Baku” mehmanxanasında keçiriləcək tədbirin başlama saatı 14:00-dır.
Bütün KİV nümayəndələri tədbirə dəvət edilib.
