“Turan” klubunun PFL-ə ünvanladığı məktubunda dekabrın 7-də Tovuz şəhər stadionunun inzibatı binasında yanğın hadisəsinin baş verdiyi, komandaların soyunub-geyinmə otaqlarının yararsız hala düşdüyü və təmir üçün müəyyən müddət tələb olunduğu bildirilmişdir.
Korner.az-ın qrumun rəsmi saytına istinadən veridiy məlumata görə, bundan sonra PFL Qərb Regional Futbol Federasiyasının prezidenti Mehdi Salmanova mürəciət edərək stadiona baxış keçirməyi və baş vermiş hadisə ilə əlaqədar olaraq öz rəyini bildirməyi xahiş etmişdir.
Yuxarıda göstərilənlər, QRFF-in prezidentinin rəyi, hadisənin nəticələrini əks etdirən görüntülər və “Bakı” klubunun razılıq məktubu nəzərə alınaraq Premyer Liqasının XVI turunun “Turan” – “Bakı” matçı 10 dekabr tarixindən başqa tarixə keçirilib.
