Peşəkar Futbol Liqası (PFL) tender elan edir. Korner.az-ın qrumunrəsmi saytına istinadən veriyi xəbərə görə, 2012/13 mövsümündə Premyer Liqa, ölkə kuboku və I divizionun oyunlarının yayımı hüququ PFL-ə məxsusdur. Qurum yayım hüququnu əldə etmək istəyən teleradio şirkətləri arasında tender elan edir. Tender iyulun 6-da saat 12:00-da AFFA-nın inzibati binasında təşkil ediləcək.
